Kriminal
Bakıda qadın iş yerinin qarşısında GÜLLƏLƏNDİ - VİDEO/YENİLƏNDİ
Bakıda qadının küçədə qətlə yetirilməsinin daha bir təfərrüatı məlum olub.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, qətl hadisəsi qadının azyaşlı uşağının gözü qarşısında baş verib.
Belə ki, Zaur Qəhrəmanov bir müddət əvvəl həyat yoldaşı Amalya Qəhrəmanovadan boşanıb və onların azyaşlı övladı qadında qalıb. Zaur Qəhrəmanov dünən övladını özü ilə aparmaq istəyib. Lakin qadın buna etiraz edib. O, buna görə Amalya Qəhrəmanova ilə mübahisə edib.
Bu gün isə Zaur ov tüfəngini götürərək avtomobili ilə Amalyanın iş yerinin qarşısına gəlib və uşağı görmək istədiyini deyib. Həmin vaxt Amalya uşaqla birlikdə aptekdə olub. O, uşağı atasına göstərsə də, onu aparmasına icazə verməyib.
Zaur Amalyadan uşağı maşına gətirməyi xahiş edib. Bildirib ki, o, uşaqla avtomobildə görüşmək istəyir. Amalya da onunla razılaşıb və uşağı avtomobilə atasının yanına gətirib. Zaur uşağı avtomobilə əyləşdirəndən sonra oradan uzaqlaşmaq istəyib. Lakin Amalya uşağı ondan alıb işlədiyi aptekə qaçıb.
Zaur Qəhrəmanov isə avtomobilində olan ov tüfəngini götürərək aptekə tərəf gedib. Amalya uşağı aptekə qoyub, özü isə qaçmağa cəhd edib. Zaur onu yaxalayaraq ov tüfəngi ilə qətlə yetirib.
xxx
Bakıda baş verən silahlı insident nəticəsində yaralanan şəxsin son vəziyyəti açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorgusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:
"İyulun 9-da, saat 16:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, "Şamaxinka" ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (qadın) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb".
xxx
18:20
Küçədə güllələnən Amaliya Qəhrəmanovanın ölümü ilə bağlı daha bir təfərrüat məlum olub.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, o, iş yerinin qarşısında qətlə yetirilib.
Belə ki, 44 yaşlı qadın həmin küçədə fəaliyyət göstərən aptekdə əczaçı işləyirmiş.
Məlumata görə, Z.Qəhrəmanov silahla aptekin qarşısına gələrək onu öldürmək istəyib. Qadın aptekdən küçəyə qaçıb və ərazidən uzaqlaşmaq istəyib. Həmin vaxt Z.Qəhrəmanov onu küçədə yaxalayıb və atəş açaraq onu qətlə yetirib.
Qeyd olunub ki, Zaurla Amaliya bir neçə ay əvvəl rəsmi boşanıblarmış.
xxx
Bakıda keçmiş həyat yoldaşını küçədə güllələdiyi ehtimal olunan şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən keçmiş ər tutulub.
xxx
Bakıda silahlı insident baş verib.
Publika.az "Unikal"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.
Belə ki, kişinin tüfənglə keçmiş arvadını güllələyərək qətlə yetirdiyi ehtimal edilir. Daha sonra o özünə atəş açıb, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















