Kriminal
İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü
İstanbulun Eyüpsultan rayonunda özlərini telefon vasitəsilə polis və prokuror kimi təqdim edən dələduzlar Azərbaycan vətəndaşından təxminən 1 milyon 500 min lirə (54 300 manat - red.) dəyərində zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.
Publika.az xəbər verir ki, cinayətkar şəbəkəyə qarşı keçirilən əməliyyat nəticəsində beş nəfər şübhəli qismində saxlanılıb.
Hadisə iyulun 1-də baş verib. Məlumata görə, şübhəlilərdən biri öz avtomobili ilə zərərçəkən Azərbaycan vətəndaşı ilə görüşüb. Zinət əşyalarını aldıqdan sonra isə o, yaxınlıqda onu gözləyən digər avtomobilə minərək ərazidən uzaqlaşıb. Polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin şəxsiyyəti və gizləndikləri ünvanlar müəyyən edilib.
Keçirilən əməliyyat zamanı beş şübhəli yaxalanıb. Onların üzərində və nəqliyyat vasitələrində aparılan axtarışlar zamanı üzərində "etibarsız" (görünüşü saxta) yazısı olan 142 ədəd 100 avroluq əskinas, oğurlanmış üzük, sırğa, boyunbağı və 19 880 lirə (təqribən 720 manat) nağd pul aşkar edilərək maddi sübut kimi götürülüb.
Məhkəmə qarşısına çıxarılan şübhəlilərdən dördü barəsində həbs qətimkan tədbiri seçilib, biri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. (Oxu.az)
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















