Kriminal
Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Bu iş üzrə 5 nəfər - tanınmış idmançı və federasiya rəhbəri Ceyhun Əşrəfov, eymur Məhərrəmov, onlarla əlbir olan Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə edilib. Onlardan yalnız sonuncu ikisi həbsdə idi.
Prokuror ittiham nitqində dəstə üzvlərinin hər birinin xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 aydan 13 ilə kimi həbs edilmələrini tələb etmişdi.
Amma son iki həftədə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş 4 milyon manatdan bir az artıq ziyanı tam ödəyiblər. Nəticədə Qubat Beybutovla barışıq əldə olunub. Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə olan halda müttəhimlərin azadlıqdan məhrum edilmələri üçün əsas görməyib.
Hökmə əsasən, Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanova sınaq müddəti seçilməklə şərti cəza verilib. Ceyhun Əşrəfov əlavə olaraq dövlət rüsumu ödədiyi üçün onun cinayət işinə xitam verilib (red: C.Əşrəfov barəsində başqa cinayət işi də başlanılıb. Həmin iş üzrə yaxında məhkəmə başlayacaq). Bu vaxta kimi həbsdə olan Rüstəm Qafarov və Zaur Qurbanov məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.
Plana əsasən, bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb. Həmin pulun bir hissəsi ibtidai və məhkəmə istintaqı vaxtı geri qaytarılıb.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?


































