Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
Bizi izləyin

Kriminal

Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?

Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?

Nəsimi rayonunda birlikdə kirayədə qaldığı şəxsi yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə növbəti məhkəmə baxış iclası baş tutub.

Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fazil Feyzullayev hakimin suallarını cavablandırarkən qətiyyətlə vurğulayıb ki, o, sözügedən cinayəti tək törədib. Onunla birgə saxlanılan Ülvi Abbasovun bu cinayətdən xəbərinin olmadığını deyib.

Təqsirləndirilən Fazil Feyzullayevin həyat yoldaşı şahid kimi ifadə verərkən vurğulayıb ki, o, Fazillə 15 ildir evlidir və rəsmi nikahları yoxdur, iki övladları var.

"Fazillə əvvəllər Rusiyada yaşamışıq. Normal ailə münasibətlərimiz olub. Həmin vaxt evə gələndə mənə bir söz demədi, ancaq çox yorğun görünürdü. O, əvvəl bir neçə gündən sonra Bakıya gedəcəyini desə də, ona gələn zəngdən sonra təcili Bakıya gedəcəyini dedi. Telefondakı qarşı tərəfin səsindən eşitdim ki, ona deyirlər ki, "bizi şöbəyə çağırırlar, kimsə itkin düşüb".

Şahid daha sonra ifadəsində bildirib ki, o, həyat yoldaşının cinayət törətdiyini bir neçə gün sonra bilib.

Proses iştirakçılarının diqqətini çəkən digər məqam isə təqsirləndirilən Ülvi Abbasovun qətlə yetirilən İskəndər Əliyev və onun ailəsini tanımadığı barədə ötən proseslərdə ifadə verməsi olub. Təqsirləndirilən bu dəfə əvvəlki ifadəsini danaraq mərhumu tanıdığını və hətta onun qardaşı ilə birlikdə Dağıstanda tikintidə çalışdığını deyib.

Növbəti proses iyulun 29-na təyin edilib.

Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abbasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən başına çəkiclə zərbələr vuraraq onu qətlə yetiriblər. Onlar bundan sonra otaqda axtarış apararaq İskəndər Əliyevə məxsus 300 ABŞ dollarını ələ keçirərək mənimsəyiblər. Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.

Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abbasov təqsirləndirilən şəxs qismində cəlb olunublar, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm