Kriminal
Müəllimini güllələyən şagirdin məhkəməsi qapalı keçiriləcək
Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə sözügedən qərar hər iki tərəfin məhkəmə iclasının yenidən qapalı keçirilməsi barədə verdiyi vəsatət üzrə qəbul olunub.
Zərərçəkən tərəf prosesin qapalı keçirilməsi üçün verilən vəsatəti sosial şəbəkədə paylaşılan postlarda yazılan mənfi rəylərlə bağlı olub.
Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə də vəsatəti əsaslandırarkən deyib ki, prosesdə azyaşlılar şahid qismində ifadə verəcək. Həmçinin o bildirib ki, proseslə bağlı xəbərlər yayımlananda sosial şəbəkədə təqsirləndirilən şəxsin və onun ailəsinin barəsində nalayiq rəylər yazılır. Vəkil bu səbəbdən prosesin qapalı keçirilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin edib, prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul olunub.
Qərarda göstərilib ki, ədalət mühakiməsinin aparıla biləməsi və şəxslərin sərbəst ifadə verməsi üçün proses qismən qapalı keçiriləcək. Hazırda qapalı iclasda tərəflərin dindirilməsi davam edir.
Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















