Kriminal
Keçmiş əri bloger qadını güllələdi - Şokedici cinayətin arxasında bu ittiham dayanır
ABŞ-ın Oklahoma ştatında 43 yaşlı "TikTok" blogeri Sara Gilson keçmiş əri tərəfindən qətlə yetirilib.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Bildirilib ki, Sara Gilson hadisədən iki həftə əvvəl keçmiş əri Ceremi Daffini azyaşlıya qarşı əxlaqsız hərəkətlərdə ittiham edən video paylaşmışdı. Təxminən 30 min izləyicisi olan bloger həmin paylaşımından sonra məhkəmədən mühafizə orderi almış, keçmiş ərinə ona 100 yarddan (təxminən 91 metr) artıq yaxınlaşmamaq tapşırılmışdı.
Buna baxmayaraq, iyulun 23-də Ceremi Daffi qadının evinə daxil olub. Sara polisə zəng etməyə çalışsa da, dispetçer yalnız qadının qışqırığını və ardınca atəş səsinə bənzər səs eşidib.
Bir neçə dəqiqə sonra isə bir oğlan polisə zəng edərək ögey atasının anasını güllələdiyini bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları Sara Gilsonu və Ceremi Daffini güllə yaraları ilə aşkar ediblər. İstintaq ilkin ehtimala görə, hadisəni qətl və ardınca intihar kimi qiymətləndirir.
Qeyd edək ki, qətlə yetirilən blogerin bir oğlu və bir qızı yadigar qalıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















