Kriminal
Sərxoş ata iki yaşlı qızının həyatına son qoydu - Dəhşətli faciə
ABŞ-ın Texas ştatında iki yaşlı qızın ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.
Publika.az xəbər verir ki, 25 yaşlı Lorenzo Rodriqes azyaşlı qızını saatlarla bağlı avtomobildə qoyduğu üçün ağırlaşdırıcı hallarla qəsdən adam öldürməkdə ittiham olunub.
Hadisə bazar günü axşam saatlarında üzə çıxıb. "People" nəşrinin məlumatına görə, Rodriqesin qohumları gecə məclisindən sonra ata və qızın vəziyyəti ilə maraqlanmaq üçün evə gəliblər. Qapını uzun müddət döysələr də, heç kim açmayıb. Nəticədə onlar pəncərdən kondisioneri çıxararaq evə daxil olublar.
Evdə Lorenzo Rodriqesi dərin yuxuda tapıblar. Məlum olub ki, o, spirtli içki qəbul edib və səhər saat 11-dən bu vaxta qədər yatıb.
Qohumlar iki yaşlı qızın evdə olmadığını görərək çölə çıxıblar. Onlar bağlı avtomobilin içərisində körpəni huşsuz vəziyyətdə aşkar ediblər. Mühərriki sönmüş avtomobilin içərisi həddindən artıq isti olub. Ailə üzvləri şüşəni sındıraraq uşağı çıxarıb təcili xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Polis həmin axşam Lorenzo Rodriqesi saxlayıb. İstintaq müəyyən edib ki, o, sərxoş vəziyyətdə azyaşlı qızını uzun müddət nəzarətsiz şəkildə bağlı avtomobildə qoyub. Məhkəmə onun barəsində 1,5 milyon dollar məbləğində girov təyin edib. Hazırda Rodriqes həbsdə saxlanılır.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















