Kriminal
Bahalı foreli ucuz kodla aldı, axırda özü "tor"a düşdü - Oğru biznesmendir
Rusiyanın Nijnevartovsk şəhərində bar sahibi elit foreli hipermarketdən oğurladığına görə məhkəmə qarşısına çıxıb.
Publika.az xəbər verir ki, Xantı-Mansi Muxtar Dairəsinin məhkəmələrinin birgə mətbuat xidmətinin yaydığı məlumata görə, sahibkar özünəxidmət kassalarında bahalı foreli çəkərkən sistemə daha ucuz məhsulun kodunu daxil edib. Bu yolla o, balığın real qiymətindən bir neçə dəfə az pul ödəyib.
Lakin üçüncü cəhd zamanı o, mağaza əməkdaşları tərəfindən saxlanılıb. İstintaq zamanı müəyyən olunub ki, sahibkarın bu üsulla vurduğu zərər təxminən 7,5 min rubl (təxminən 160 manat) təşkil edib.
Araşdırma zamanı onun işlətdiyi barda spirtli içkilərin də qanunsuz satıldığı üzə çıxıb. Belə ki, müəssisədə lisenziyasız şampan satışı faktı aşkarlanıb və bu epizod da ittihama əlavə edilib.
Məhkəmə sahibkarı xırda oğurluq və ticarət qaydalarını pozmaqda təqsirli bilərək 70 min rubl (təxminən 1491 manat) cərimə təyin edib. Lakin istintaq dövründə iki ay həbsdə qaldığı nəzərə alınaraq cərimə 40 min rubla (təxminən 851 manat) endirilib.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















