Kriminal
"NİDA"çı Bayramın qardaşı anasını buna görə öldürüb - Qonşular DANIŞDI
Bu gün səhər saatlarında Bakının Sabunçu qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
54 yaşlı Sevinc Şahmar qızı Məmmədovanın oğlu tərəfindən şəxsiyyət vəsiqəsi üstündə öldürüldüyü iddia edilir.
Mərhumun "NİDA" Vətəndaş Hərəkatının üzvü olmuş və 2021-ci ildə İstanbulda vəfat edən ictimai fəal Bayram Məmmədovun anası olduğu məlum olub. Dəhşətli cinayəti törətməkdə şübhəli bilinən Bayramın qardaşı, 34 yaşlı Elvin Fərman oğlu Məmmədov saxlanılıb.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı Teleqraf İnformasiya Agentliyinin əməkdaşları qətlin törədildiyi Sabunçu qəsəbəsindəki ünvana yollanıblar.
.jpg)
Qonşuların bildirdiyinə görə, cinayəti törədən Elvin Məmmədovun ciddi psixoloji problemləri olub:
"Çox gözəl ailə idi. Ana, ata və oğul evdə birlikdə qalırdılar. Dünyasını dəyişən Sevinc xanım çox yaxşı qadın idi, şirniyyat sexində işləyirdi. O, bir neçə il əvvəl də o biri oğlunu itirmişdi və daxilən böyük acı çəkirdi. Bu oğlu isə ruhi xəstə idi. Hər dəfə işdən evə gələndə onu küçədə dayanan görürdüm, lakin indiyə hansısa zərərli hərəkətini görməmişəm. Bu məhəlləyə yeni köçdüyüm üçün ailə haqqında çox məlumatım yoxdur", - deyə qonşulardan biri deyir.
Həmsöhbətimiz qanlı davanın hansı səbəbdən qızışdığı barədə məhəllədə gəzən iddiaları da bölüşüb:
"Bildiyim qədərilə, oğlan şəxsiyyət vəsiqəsinin üstündə anası ilə mübahisə edib. Hadisə bir anda, qəfil baş verib. Bu hadisə hər kəsə dərs olmalıdır. Bu cür psixoloji diaqnozu olan şəxsləri evdə nəzarətsiz saxlamasınlar, bunun üçün dövlətimizin xüsusi müəssisələri var. Elə insanlar mütləq vaxtında müalicə almalıdırlar".

Qonşu məhəllədə yaşayan Cavid Məhərrəmovun sözlərinə görə, qətl anında ata evdə olmayıb:
"Evim onlardan bir az uzaqdadır, yaxından tanımıram. Amma eşitdiyim qədərilə normal ailə idi. Oğlan çöldə-bayırda özünü sakit aparırdı, amma deyirlər psixoloji problemləri olub. Hadisə baş verən vaxt evdə yalnız ana və oğlu olub, ata rayonda imiş".
Yaxınlıqda yaşayan digər bir qonşu qadın isə ailənin keçmişi ilə bağlı bunları deyir: “Elvinin əvvəllər ailəsi var idi, sonradan isə boşandı. Anası, atası çox yaxşı, sakit adam idilər. Oğlanın özünü isə demək olar ki, görmürdüm”.
FOTO: Elnur Muxtar
.jpg)

-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















