Kriminal
Əlil qızın zorlanması 78 polisin işdən uzaqlaşdırılması ilə nəticələndi
Pakistanın Lahor şəhərində polis bölməsində 20 yaşlı əlil qızın zorlanması iddiası ölkədə böyük qalmaqala səbəb olub. Hadisədən sonra polis məntəqəsinin bütün 78 əməkdaşı və xidməti personalı vəzifədən uzaqlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Zərərçəkən qız polis köməkçi müfəttişi tərəfindən saxlanıldığını, Lahorun Qaziabad polis bölməsinə aparıldığını və binanın ikinci mərtəbəsində zorlandığını bildirib. Ailəsi isə qızın küçədə itkin düşdükdən sonra göz yaşları içində evə qayıdaraq polis bölməsində cinsi zorakılığa məruz qaldığını dediyini açıqlayıb.
İttiham olunan polis əməkdaşı saxlanılıb və barəsində cinayət işi açılıb. Lahor polisinin əməliyyatlar üzrə rəis müavini Feysal Kamran bildirib ki, polis qaydalarına əsasən, bölmədə xidmət aparan bütün əməkdaşlar qanun pozuntularının qarşısını almağa və belə halları rəhbərliyə bildirməyə borcludurlar. Bu səbəbdən polis məntəqəsinin bütün heyəti işdən uzaqlaşdırılıb.
Onun sözlərinə görə, heç bir əməkdaş qadının polis bölməsinə qadın polis müşayiəti olmadan gətirilməsinə etiraz etməyib. Hazırda fakt üzrə gender cinayətləri şöbəsi araşdırma aparır.
Hadisə Pakistanda ciddi ictimai narazılıq doğurub. Hüquq müdafiəçiləri bildirirlər ki, qadınlar polisə etimadsızlıq və cəmiyyətdəki damğalanma səbəbindən cinsi zorakılıq halları barədə çox vaxt şikayət etmirlər. Onların fikrincə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının belə cinayətlərdə ittiham olunması ictimai etimadı daha da sarsıdır.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















