Kriminal
84 yaşlı qadına it yemi yedizdirən baxıcı ilə bağlı - ŞOK FAKTLAR
Böyük Britaniyada baxıcının 84 yaşlı qadına səhvən it yemi yedizdirməsi ilə bağlı 2024-cü ildə baş vermiş hadisənin təfərrüatı ombudsmanın araşdırmasından sonra ictimaiyyətə açıqlanıb.
Publika.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, hadisə Portsmut şəhərində qeydə alınıb.
Araşdırma zamanı məlum olub ki, baxıcı qablaşdırmanın üzərində "itlər və balalar üçün" yazılmasına baxmayaraq, it yemini hazır ət yeməyi zənn edərək mikrodalğalı sobada qızdırıb və 84 yaşlı qadına verib. Qadın həmin yemi yedikdən təxminən bir ay sonra vəfat edib.
Ombudsmanın hesabatında bildirilib ki, bu, qocalar evində yol verilən yeganə kobud səhlənkarlıq olmayıb. Müəssisə əməkdaşlarının baş tutmayan ziyarətləri sənədləşdirdiyi, yaşlı qadına köhnəlmiş və yeyilməsi mümkün olmayan qidalar verdiyi, onu bəzən yaş vəziyyətdə və ya qaranlıq otaqda qoyduğu müəyyən edilib. Reanimasiya olunmaması ilə bağlı sənəd isə dolabda əzilmiş halda aşkarlanıb.
Portsmut Şəhər Şurası ailənin şikayətindən sonra araşdırmaya başlasa da, yoxlama qanunla nəzərdə tutulan 28 gün əvəzinə altı ay davam edib. Bildirilir ki, yerli hakimiyyət əsasən şirkətin öz daxili araşdırmasına istinad edib və kifayət qədər nəzarət həyata keçirməyib.
Ombudsman Amerdip Klark hadisəni "həqiqətən də şokedici" adlandırıb. Nəticədə şəhər rəhbərliyi ailəyə qulluq xərclərini geri qaytarıb, əlavə olaraq 1000 funt sterlinq (təxminən 2300 manat) məbləğində kompensasiya ödəyib və "Radis Community Care" şirkəti ilə müqaviləni vaxtından əvvəl ləğv edib.
Müəllim: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















