Kriminal
Sevgilisinə qoşulub qaçan evli qadının DƏHŞƏTLİ SONU - Meyiti çamadanda tapıldı
Hindistanın Bixar ştatında iki il əvvəl sevgilisinə görə ərini tərk edən qadının meyiti çamadanda tapılıb.
Publika.az xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
İstintaqın məlumatına görə, Çxoti Kumari evli olduğu dövrdə Rişabh Kumarla münasibət qurub. O, 2024-cü ildə ailəsinin etirazına baxmayaraq onunla birlikdə qaçıb və cütlük daha sonra Daman şəhərində məskunlaşıb. Qadının itkin düşməsindən sonra yaxınları onun oğurlanması və itkin düşməsi ilə bağlı polisə müraciət etsələr də, cütlüyü tapmaq mümkün olmayıb. Ailə üzvlərinin ehtimalına görə, Kumar mübahisə zamanı Kumarini öldürüb, meyitini çamadana yerləşdirərək hadisə yerindən qaçıb.
Cinayət Daman polisinə yol çantasının içərisində qadın meyitinin tapılması barədə məlumat aldıqdan sonra üzə çıxıb. Aparılan araşdırma nəticəsində meyitin Çxoti Kumarinin olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanları şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb. Lakin qətlin dəqiq motivi hələ müəyyən edilməyib və istintaq davam edir.
Hüseyn İbadlı
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















