Kriminal
Canlı yayımda söyüş söyən tiktoker saxlanıldı
Sosial şəbəkədə etik qaydaları pozan tiktoker saxlanılıb.
Publika.az xəbər verir ki, 43 yaşlı Samirə Baxışova (şərti adla) "TikTok" sosial şəbəkəsində özünə məxsus profildə canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.
Faktla bağlı Samirə Baxışova yaşadığı ərazi üzrə polis orqanına çağırılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
İki uşaq anası olan S.Baxışova ifadəsində əməlindən peşman olduğunu bildirib. Onun sözlərinə görə, axşam saatlarında qızı küçədə gəzərkən canlı yayım açıb və bu zaman bəzi izləyicilər əxlaqsız təkliflər ediblər. O da əsəbiləşərək, həmin izləyicilərə nalayiq ifadələr işlədib.
Məhkəmənin qərarı ilə S.Baxışova 700 manat məbləğində inzibati qaydada cərimələnib. (Lent.az)
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















