Kriminal
Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
Bakıda ağır cinayət hadisəsi baş verib.
Publika.az xəbər verir ki, bu ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən həyət evlərindən birində cinayət hadisəsi baş verib.
1974-cü il təvəllüdlü Gülarə Quliyeva 21 dəfə bıçaqlanaraq qətlə yetrilib, daha sonra isə onun yaşadığı ev yandırılıb.
Cinayəti törətməkdə şübhəli bilinən G.Quliyevanın qeyri-rəsmi nikah münasibətində olduğu 1962-ci il təvəllüdlü Heydər Qarayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi açılaraq, istintaq aparılır.
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Gülarə Quliyevanın qızı Aydan Quliyeva bildirib ki, anası və Heydər Qarayevin 2018-ci ildən münasibətləri olub. O və qardaşı bu münasibətə qarşı olub, çünki H.Qarayev daim analarına şiddət göstərib və onu övladları ilə əlaqə saxlamağa qoymayıb.
"Heydər Qarayevin bundan əvvəl bir rəsmi və bir qeyri-rəsmi nikahı olub və bu münasibətlərindən övladları da var. Hətta H.Qarayev aliment verməmək üçün özünə "dəlilik kağızı" da düzəltdirib"
A.Quliyevanın sözlərinə görə, hadisənin baş verdiyi ev isə anası Gülarə Quliyevaya məxsus olub. Evin yerləşdiyi torpaq sahəsi 2012-ci ildə alınıb və G.Quliyeva 2020-ci ildən həmin torpaq sahəsində tikdirdiyi evdə yaşayıb.
"Hazırda iş üzrə istintaq gedir, Heydər Qarayev isə hadisəni guya anlaqsız vəziyyət törətməsini əsas gətirir və psixi durumunun yerində olmadığını iddia edir. Bununla da o həbsdən yayınaraq, psixatriya mərkəzində qalmaq istəyir. Bütün qonşular onun anama qarşı amansız rəftarını bilib, evi də izi itirmək üçün yandırıb. Belə dəhşətli cinayəti törədən şəxsin layiqli cəza almasını istəyirik".
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















