Kriminal
Görüşdüyü kişiləri zəhərləyib öldürüb: 21 yaşlı qız üçün edam cəzası tələb edildi
Cənubi Koreyada 21 yaşlı Kim So Yonq bir çox kişini görüşlər zamanı zəhərləməkdə ittiham olunur. Prokurorluq onun barəsində ən ağır cəza - edam tələb edib.
Publika.az xəbər verir ki, Seul məhkəməsində keçirilən iclasda ittiham tərəfi Kim So Yonqun sistemli şəkildə yalan danışdığını və törətdiklərinə görə peşmanlıq nümayiş etdirmədiyini bildirib.
Təqsirləndirilən şəxs isə günahını qəbul etmir. O, zəhərlədiyi kişilərin öldüyünü bilmədiyini, onların sadəcə yatdığını düşündüyünü deyib.
İstintaq zamanı onun süni intellekt çatbotu ilə yazışmaları da əsas sübutlardan biri kimi ortaya çıxıb. Məlum olub ki, Kim So Yonq hadisələrdən əvvəl yuxu dərmanının ölümcül dozası, dərmanların spirtlə birlikdə qəbulu və ehtiyatsızlıqdan ölümə səbəb olmağın cəzası barədə məlumat axtarıb.
İstintaqçılar daha üç zərərçəkənin olduğunu da müəyyənləşdiriblər. Qadının 2025-ci ilin oktyabrından 2026-cı ilin yanvarınadək görüşdüyü həmin şəxslərə də zəhərli içki verdiyi, lakin onların sağ qaldığı bildirilir.
Xatırladaq ki, Kim So Yonq fevral ayında saxlanılıb. Onun həbsindən sonra sosial şəbəkələrdə görünüşü ilə bağlı müzakirələr də yaranıb və bəzi istifadəçilər onu “cinayətkar olmaq üçün həddindən artıq gözəl” adlandırıblar.
Məhkəmə prosesi davam edir. Kim So Yonq barəsində hələ yekun hökm çıxarılmayıb.
Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















