Kriminal
Sumqayıtda 71 yaşlı ata oğlunu bıçaqladı
Sumqayıtda atası tərəfindən bıçaqlanan Təhmasib Novruzovun son durumu açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, 1998-ci il təvəllüdlü şəxs (kişi) 30 avqust tarixində saat 20:20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Qarın divarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
***
Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə yaşayış evlərindən birində baş verib.
İlkin məlumata görə, evdə ata və oğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı 1955-ci il təvəllüdlü Novruzov Nadir Hacı oğlu 1998-ci il təvəllüdlü oğlu Təhmasib Novruzova bıçaqla xəsarət yetirib.
Xəsarət alan şəxs tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Nadir Novruzov əvvəllər məhkumluq həyatı yaşayıb.
Hadisənin təfərrüatları və mübahisənin başvermə səbəbləri araşdırılır.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə oğlu, 28 yaşlı T.Novruzova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən 71 yaşlı N.Novruzov müəyyən olunaraq saxlanılıb.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















