Kriminal
“Məni zorlayıb!” - 79 yaşlı qadın 49 yaşlı sevgilisindən şikayət etdi, özü cərimələndi
Krasnodar diyarının 79 yaşlı sakini yalançı zorlama şikayətinə görə 100 min rubl (təxminən 2 min 100 manat) cərimələnib.
Publika.az xəbər verir ki, “Mash”ın məlumatına görə, yaşlı qadının sevgilisinin 49 yaşı olub. Xəstəxanaya müraciət edən qadın sevgilisi ilə intim münasibətdə olarkən xəsarət aldığını iddia edib. Həkimlər xəsarəti qeydə alıblar.
Qadın polisə sevgilisi tərəfindən zorlandığını bildirib. Bu səbəbdən cinayət işi başlanıb və kişinin real həbs cəzası almaq təhlükəsi yaranıb.
79 yaşlı qadın sevgilisinə həbs cəzası verilə biləcəyini anlayandan sonra ifadəsini dəyişib. O, etiraf edib ki, zorakılıq olmayıb və sadəcə, yaşına baxmayaraq könüllü intim münasibətdə olduğunu deməyə utandığı üçün belə şikayət edib.
Nəticədə kişi barəsində açılan cinayət işi bağlanıb. Yaşlı qadın isə bilərəkdən yalan xəbər verməkdə təqsirli bilinib. O, məhkəmədə günahını tam etiraf edib və peşman olduğunu bildirib.
Məhkəmə qadının yaşını, səhhətini və əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona 100 min rubl (təxminən 2 min 100 manat) cərimə kəsib.
Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















