Kriminal
Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ
Hindistanın Kanpur şəhərində milyonçu iş adamı Vinit Minoçunun qətli ilə bağlı araşdırma zamanı cinayətin sifarişçisinin onun gəlini olduğu üzə çıxıb.
Publika.az xəbər verir ki, "Pharma Traders" şirkətinin 63 yaşlı sahibi sentyabrın 5-də evində bıçaqlanaraq öldürülüb. Hadisə zamanı onun oğlu, gəlini və 6 yaşlı nəvəsi məclisdə olub.
Təhlükəsizlik kameralarında evə iki şəxsin daxil olduğu görüntülənib. Onlardan birinin Minoçunun 12 il elektrikçisi işləyən Vişal Qautam olduğu müəyyənləşdirilib. O, 2022-ci ildə oğurluğa görə işdən çıxarılıb.
Qautam və onun əlbir olduğu şəxs sentyabrın 6-da saxlanılıb. Onlar qətli törətdiklərini etiraf ediblər. Məlum olub ki, cinayəti Minoçunun gəlini Şalu Minoça sifariş edib. O, qətlin müqabilində Qautama 600 min rupi (10 649 manat) vəd edib.
Şalu qayınatasının ailə üzvlərinə həddindən artıq nəzarət etdiyini bildirib. Onun sözlərinə görə, Minoçu evin hər yerinə kameralar quraşdırıb, ailə üzvlərini izləyib və bütün xərclər barədə hesabat tələb edib.
İstintaqın məlumatına görə, iyulun 28-də Şalunun məclisdən qayıtmasından sonra baş verən mübahisə qətl planının həyata keçirilməsinə səbəb olub.
İlkin plana əsasən, Minoçu yastıqla boğulmalı idi. Lakin müqavimət göstərdiyi üçün hücum edənlər bıçaqdan istifadə ediblər.
Qeyd edək ki, Vinit Minoçu Kanpurun ən iri dərman tacirlərindən biri olub. Onun rəhbərlik etdiyi "Pharma Traders" şirkətinin illik dövriyyəsi 500 milyon rupi (8 milyon manat) təşkil edib.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















