Kriminal
Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
Texasdan Meksikaya qanunsuz yanacaq daşınması narkokartellər üçün narkotik ticarətini belə geridə qoya biləcək nəhəng gəlir mənbəyinə çevrilib.
Publika.az xəbər verir ki, Texas İctimai Təhlükəsizlik Departamentinin məlumatına görə, narkokartellər hər il Texasdan Meksikaya 12-21 milyard dollar dəyərində yanacağı qanunsuz yollarla keçirirlər.
Departament nümayəndələri ötən həftə Texas Senatının müvafiq komitəsində bildiriblər ki, yanacaq qaçaqmalçılığı artıq narkotik ticarətini üstələmiş və kartellərin əsas gəlir mənbəyinə çevrilmiş ola bilər.
Texas İctimai Təhlükəsizlik Departamentinin rəhbəri, polkovnik Friman Martin Senatın Daxili və Sərhəd Təhlükəsizliyi üzrə Xüsusi Komitəsində çıxışı zamanı problemin miqyasına diqqət çəkib.
“Qanunsuz yanacaq daşınması hamının gözü qarşısında mövcud olan təhlükədir. Onlar yanacaqdaşıyan maşınları və təsəvvür edə biləcəyiniz istənilən başqa çənləri dolduraraq yükü cənuba aparırlar”, – deyə Martin bildirib.
Yanacaq qaçaqmalçılığı sərhəddən yanacağın qanunsuz keçirilməsi və ya vergidən yayınaraq qeyri-qanuni gəlir əldə etmək məqsədilə yanacaq əməliyyatlarının manipulyasiya edilməsi kimi həyata keçirilir. Bu fəaliyyət Texas hakimiyyəti ilə yanaşı, ştatın neft-qaz sənayesi nümayəndələrinin də ciddi narahatlığına səbəb olub.
Texasdan respublikaçı senator Fil Kinq bildirib ki, kartellərin bu fəaliyyət istiqaməti ənənəvi narkotik və insan alveri qədər mürəkkəb, təhlükəli və gəlirlidir. (Musavat.com)
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















