Kriminal
Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
Ağır cinayətlərdə ittiham olunan məşhur iş adamı Adnan Əhmədzadənin həbs edilməsindən 1 il keçir.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanla yanaşı bir sıra xarici ölkələrdə də tanınan iş adamı artıq 365 gündür dəbdəbəli həyatından uzaqda - DTX-nin istintaq təcridxanasında saxlanılır.
A.Əhmədzadənin həbsi ictimaiyyətdə böyük rezonans doğurdu. Rəsmi açıqlamaya qədər heç kim tam inanmasa da, bir gün sonra Əhmədzadənin iqtisadi təhlükəsizliyə qarşı təxribatda və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunduğu üzə çıxdı.
Onun barəsində ötən ilin bu vaxtı 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan həbsdə saxlanma müddəti dəfələrlə uzadılıb.
Qanunvericiliyə əsasən, bu tip cinayətlərdə təqsirləndirilən şəxslər üçün həbsdə saxlanılmanın ilkin müddəti 13 ay təşkil edir. Lakin irihəcmli işlər üzrə isə bu müddət daha 6 ay uzadıla bilər. Hazırkı məlumata görə, ibtidai istintaq hələ davam edir.
Adnan Əhmədzadənin biznes fəaliyyəti ilə yanaşı, şəxsi həyatı da həmişə diqqət çəkib. Lakin həbsindən sonra onun həyat yoldaşı Gülsəfa Cəfərova ölkəni tərk edib. O həmin vaxtdan sosial şəbəkə hesablarında ərinin həbs həyatı ilə bağlı paylaşım etməyib.
Qeyd edək ki, A.Əhmədzadə əvvəllər SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini işləyib, dünya miqyasında tanınan neft maqnatına çevrilib. Sosial şəbəkə istifadəçiləri isə onu daha çox Ronaldinyo, Messi və Suarez kimi ulduz futbolçularla olan əlaqələrinə görə tanıyır. Bu tanışlıqlar vaxtilə onun adını idman və şou-biznes mühitində də gündəmə gətirmişdi.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















