Kriminal
83 yaşlı qadın razılığı olmadan evtanaziya edilib? - Araşdırma başladı
Kanadanın Ontario əyalətində qocalar evində yaşayan 83 yaşlı Briqitta Ştegemannın onun razılığı olmadan evtanaziya edildiyi iddia olunur.
Publika.az xəbər verir ki, hadisə "The Pearl" adlı qocalar evində baş verib. Mədə xərçənginin dördüncü mərhələsi diaqnozu qoyulan Ştegemannın əvvəllər evtanaziyadan açıq şəkildə imtina etdiyi bildirilir. Buna baxmayaraq, müəssisənin əməkdaşlarının onun nəvəsi və qanuni nümayəndəsi səfərdə olduğu vaxt prosedurun başlanmasına təşəbbüs göstərdiyi iddia edilir.
Qadının nəvəsinin sözlərinə görə, tibb bacısı həkim gəlməmişdən əvvəl və xəstənin razılığı olmadan kateter yerləşdirib. Onun iddiasına əsasən, Ştegemann koqnitiv test zamanı ən sadə suallarda belə çətinlik çəkib, hətta bacı-qardaşlarının sayını deyə bilməyib. Buna baxmayaraq, həkim onun evtanaziyaya razılıq vermək qabiliyyətində olduğunu müəyyən edib.
Nəvəsi həmçinin bildirib ki, evtanaziyadan iki gün əvvəl nənəsindən ölümlə nəticələnəcək proseduru anlayıb-anlamadığı soruşularkən qadın ağlamağa başlayıb.
Ailə könüllü razılığın verildiyini təsdiqləyən sənədlərə də çıxış əldə edə bilməyib. Hadisə ilə bağlı Bellevil polisi, Ontario Baş Koroner İdarəsi və Pasiyent Hüquqları üzrə Müvəkkil araşdırmaya başlayıb.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















