Kriminal
Əfv edilən yeganə qadın məhkum - Foto
Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası həyata keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 4 saylı müəssisədən bir qadın - Pakistan vətəndaşı Sabir Soniaya əfv olunması barədə arayış verilib və o, azadlığa qovuşub.
Qeyd edək ki, bu gün verilən əfv sərəncamı bir qadın məhkuma şamil olunub.
Sabir Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmişdi. Pakistanlı qadın quludurluqda ittiham olunmuş və 7 il azadlıqdan məhrum edilmişdi. Onun cəzasının bitməsinə 6 ay qalmışdı.
Bununla həbsdə olan dörd əcnəbi vətəndaş cəzaçəkmə yerindən azad olunub. Əfv sərəncamı ilə azad olunanlar Türkiyə vətəndaşları Demir Mehmet və Özdemir Salih, Rusiya vətəndaşı Mikhayılov Kirill Vladimiroviç, Pakistan vətəndaşı Sabir Soniadır.
Fransa vətəndaşı Martin Ryan isə Lənkəranda cəzaçəkmə müəssisəsindən azad olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla ümumilikdə 20 nəfər əfv olunub. Onlardan 5-i əcnəbidir.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















