Kriminal
Canlı yayımda söyüş söyən şəxs saxlanıldı
Sosial şəbəkədə qeyri-etik hərəkətlər edən tiktoker saxlanılıb.
Publika.az Modern.az-a istinadla xəbər verir ki, 47 yaşlı Zakir Musayev (şərti ad) "TikTok" sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Bu zaman o, nalayiq ifadələr işlədib və bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Fakt əsasında Z.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Z.Musayev ifadəsində bildirib ki, ilk dəfədir canlı yayım açır. Canlı yayım açmaqda məqsədi Rusiyada yaşayan əsgər yoldaşları ilə söhbətləşmək olub. Onun sözlərinə görə, izləyicilərdən biri övladını təhqir etdiyi üçün o da nalayiq ifadə işlədib. Z.Musayev əməlindən peşman olduğunu deyərək məhkəmədən ədalətli qərar qəbul edilməsini istəyib.
Məhkəmənin qərarı ilə Zakir Musayev inzibati qaydada 500 manat məbləğində cərimələnib.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















