Kriminal
Məşhur qəzetin əməkdaşı parkda güllələndi - Qayınatası və qayınanası saxlanıldı
ABŞ-da “The New York Times” qəzetinin əməkdaşı Conatan Makkinzi güllələnərək öldürülüb. Hadisə San-Fransisko yaxınlığındakı Dublin şəhərində yerləşən idman kompleksinin dayanacağında baş verib.
Publika.az xəbər verir ki, oyun xidmətlərinin mühəndislik istiqamətinə rəhbərlik edən 40 yaşlı Makkinzi Dublində "Sports Grounds" kompleksinin dayanacağında çoxsaylı güllə yaraları ilə tapılıb. Hadisə yerindən keçən polis serjantı onun yerdə uzandığını görüb. Demək olar ki, eyni vaxtda şahidlər 911 xidmətinə zəng ediblər. Hadisə yerinə gələn həkimlər Makkinzinin öldüyünü müəyyənləşdiriblər.
Şahidlərin köməyi ilə polis şübhəlilərin yerini müəyyənləşdirib. Qətlə görə Makkinzinin həyat yoldaşının valideynləri - 77 yaşlı Şou Yun Çjan və Şili Çen saxlanılıb. Onlar hadisə yerindən uzaqlaşmayıb və bir neçə dəqiqə ərzində tutulublar. Hər iki şəxs Santa Rita həbsxanasına aparılıb.
Dublin polisi iş üzrə başqa şübhəlinin axtarılmadığını açıqlayıb. Araşdırma davam edir.
Məhkəmə sənədlərinə görə, Makkinzi və həyat yoldaşı boşanma prosesində olub və uşağın qəyyumluğu ilə bağlı mübahisə ediblər. Qadın daha əvvəl ərinə qarşı müvəqqəti qoruyucu qərar çıxarılmasına nail olub və məişət zorakılığı barədə müraciət edib. Məhkəmə materiallarında uşağa qarşı zorakılıqla bağlı ittihamlar da yer alıb.
Bu hallar qətlin araşdırılması çərçivəsində nəzərdən keçirilir. Lakin polis hələlik qətlin motivini açıqlamayıb və saxlanılan şəxslərin hər birinin hadisədə hansı rolu oynadığını bildirməyib.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















