Kriminal
Qubada kişi otbiçən mişarla qadının əlini kəsdi
Qubada qonşular arasında mübahisə qanlı hadisə ilə nəticələnib.
Publika.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib.
45 yaşlı Yusif Nəzərov ilə bağ qonşusu Nəzakət (şərti ad - red.) arasında mübahisə yaranıb. Mübahisə böyüyüb və Yusif əlindəki otbiçən mişarla qadına hücum edərək onun əlini kəsib.
Faktla bağlı cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, əvvəllər bağ qonşusu Nəzakətlə münasibətləri normal olub. Lakin sonradan torpaq məsələsinə görə aralarında mübahisələr yaranıb. O, sonuncu mübahisənin iki-üç dəqiqə davam etdiyini və həmin vaxt otbiçən mişarla Nəzakətin əlinə xəsarət yetirdiyini deyib.
Yusif Nəzərov zərərçəkmiş qadınla barışdığını bildirib. Qadın da qonşusundan şikayətçi olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Yusif Nəzərov məsuliyyətdən azad edilib.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















