Kriminal
36 yaşlı oğlunu öldürən ata saxlanıldı - Foto/Yeniləndi
Gəncədə Röyal Həsənovun qətlində şübhəli bilinən atası Osman Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib
Publika.az bildirir ki, bu barədə Teleqraf xəbər yayıb.
***
1990-cı il təvəllüdlü Röyal Həsənovun ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 36 yaşlı şəxsin atası tərəfindən bıçaqlandığı iddia olunur.
R. Həsənov Gəncə Birləşmiş Xəstəxanasının nəznində olan Zülfüqar Məmmədov adına xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
***
Gəncədə kəsici alətdən yaralanan şəxs xəstəxanada ölüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə aldığı xəsarət nəticəsində xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Hadisənin hansı şəraitdə və necə baş verməsi ilə bağlı araşdırma başlanılıb.
-
Avropa11:00Ukrayna dondurulmuş Rusiya aktivlərindən 49,4 milyard dollar əldə etdi
-
İKT10:09Mask: İnsanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq
-
Region09:37Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yolu bağlandı
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək




































.jpg)
