Kriminal
Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edib - Ər qatildən şikayətçi olmadı
Cəlilabadda dayısı arvadı, 1999-cu il təvəllüdlü S.C.-ni xüsusi amansızlıqla qətlə yetirən 15 yaşlı A.Ə.-nin məhkəmə prosesi başa çatıb.
Publika.az Xitab24.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, 2011-ci il təvəllüdlü A.Ə. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona cəza təyin edilərkən CM-nin 85.5-ci maddəsi (yetkinlik yaşına çatmayanlara 10 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilir) nəzərə alınıb.
Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.
Hadisəyə gəlincə, ittiham aktına görə, Rusiyadan Azərbaycana qayıdan yeniyetmə dayısıgildə yaşayıb və bir müddət sonra onun dayısı arvadına qarşı cinsi istəyi yaranıb. Yeniyetmə bu istəyini yalnız dayısı arvadını öldürəndən sonra həyata keçirə biləcəyini düşünüb və qadına bıçaqla çoxsaylı zərbələr endirərək onu həyatdan məhrum edib.
A.Ə. qadını öldürdükdən sonra onun meyiti üzərində əxlaqsız hərəkətlər edib.
Məhkəmədə qadının əri, A.Ə.-nin dayısı ifadəsində bacısı oğluna qarşı şikayətinin olmadığını, ona yüngül cəza verilməsini istəyib.
İş materiallarında olan kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyinə əsasən, yeniyetmə hadisəni törədərkən anaqlı vəziyyətdə olub, törətdiyi əməli dərk edib. Onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkarlanmayıb.
Qeyd edək ki, hadisə bu ilin iyununda qeydə alınıb.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















