Kriminal
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Türkiyədə də Mustafa Kamal Atatürkə və Cümhuriyyətə qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlı barəsində 500-dən çox şikayət olan Fateh Tezcan haqqında axtarış qərarı çıxarılıb. Lakin onun xaricə qaçdığı məlum olub.
Publika.az xəbər verir ki, bu barədə “Halktv.com” məlumat yayıb.
Məlumata görə, Tezcan 2022-ci ilin avqustunda “Atatürkü təhqir etmək” ittihamı ilə həbs edilmiş və təxminən bir il həbsdə qalmışdı.
Polis tərəfindən axtarılan Tezcan göstərilən ünvanda tapılmayıb. POLNET sistemində qeydiyyatda olan nömrəsinə zəng edən polis əməkdaşına Tezcan xaricdə olduğunu və ünvanını paylaşmayacağını bildirib.
Fateh Tezcan “Atatürkü təhqir etmək” cinayəti üzrə aldığı 2 il 2 aylıq qəti həbs cəzasına görə 2022-ci ilin avqustunda həbs edilmişdi. Təxminən bir il həbsdə qaldıqdan sonra, 2023-cü ilin avqustunda azadlığa buraxılmışdı.
Qeyd edək ki, Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı 7 Türkiyə vətəndaşı bu gün Baş Prokurorluq tərəfindən axtarışa verilib. Bunlar içərisində Fateh Tezcanın da adı yer alıb. (Axar.az)
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















