Kriminal
Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi
Baş Prokurorluğun Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, habelə zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn, dini radikalizm məzmunlu çıxışlar etmələri, həmin materialları, eləcə də bu cür çoxsaylı foto, video və digər materialları geniş auditoriyanın izlədiyi internet resurslarında yaymaları və açıq çağırışlar etmələrinə görə cinayət işi açdığı 7 türkiyəlidən biri də Rıdvan Kayadır.
Publika.az xəbər verir ki, bu barədə Axar.az açıq mənbələrə istinadla yazıb. Bildirilir ki, Rıdvan Kaya 1961-ci ildə Ankarada anadan olub, yazar və ictimai fəal olaraq təqdim edilir.
“Özgür-Der”in (Özgün Düşünce ve Eğitim Derneği) rəhbəri, “Haksöz” dərgisi və “Haksöz Haber” saytının köşə yazarıdır.
Rəsmi bioqrafiyasında antikamalist (Atatürkə qarşı olan), aktisionist və antikapitalist olaraq özünü tanıdır. Atatürkə qarşı kəskin çıxışları ilə seçilən bu Rıdvan Kaya ənənəvi və radikal islamçılığa “məsafə saxladığını” iddia etsə də, bütün çıxışları radikal islamçılıq üzərindədir.
Fələstinlə bağlı çıxışları ilə seçilir.
Türkiyədə tanınan isimlərdən olan Cübbəli Əhməd (Cübbeli Ahmet) Rıdvan Kayanı “Namazlı vətən xaini” adlandırıb. Buna səbəb isə Rıdvan Kayanın ölən İŞİD-çiləri “şəhid” adlandırması olub.
“Mehmetciyə şəhid deyə bilməyən, ancaq hədisi-şərifdə “Cəhənnəm köpəkləri” kimi təsvir olunan İŞİD üzvlərini "şəhid" adlandıran, öz əsgərlərimizə isə "şəhid" deməkdən imtina edən “Haksöz” və “Özgürder” kimi namazlı vətən xainləri bizi "xəbərçi" adlandırsalar da, biz həqiqəti söyləməyə davam edəcəyik!” - Cübbəli Əhməd yazmışdı.
Rıdvan Kaya Türkiyədə "ictimai vəzifəli şəxsləri təhqir etmə", "hədəf göstərmə" və "ədalətli mühakiməyə təsir göstərməyə cəhd"də ittiham olunub, ancaq 2011-ci ildə bəraət alıb.
İŞİD-i dəstəkləyən, C.Əhmədin sələfilərlə bağlı qəti mövqeyinə qarşı çıxan Rıdvan Kaya Azərbaycan Baş Konsulluğunun önündə “hicab aksiyasını” təşkil etməsi ilə azərbaycanlılara tanışdır. Bu İŞİD-çi eyni düşüncə ilə Azərbaycana qarşı çağırış da etmişdi.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















