Kriminal
Uşaqları aldadıb xaricə aparan beynəlxalq şəbəkə ifşa olundu - DİNİ TƏSİR
Rusiyanın Xabarovsk şəhərində uşaq düşərgəsi adı altında fəaliyyət göstərən və uşaqları dini təsir altına salaraq xaricə aparmağı planlaşdıran beynəlxalq şəbəkə ifşa edilib.
Publika.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Bildirilib ki, layihəyə uşaqlar əsasən sosial baxımdan həssas ailələrdən cəlb olunub. Onlar saatlarla “Bibliya”nı köçürməyə məcbur edilib, daha sonra isə yorğunluq vəziyyətindən istifadə edilərək psixoloji təsirə məruz qoyulublar. Uşaqlara dağıdıcı psevdo-dini fəaliyyət öyrədildiyi qeyd olunub.
Təşkilatçılar təsiri möhkəmləndirmək məqsədilə uşaqları Cənubi Koreyaya aparmağı planlaşdırıblar.
Məlumata əsasən, uşaqların cəlb edilməsində Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən beynəlxalq dini təşkilat - “Uşaqların evangelizasiyası cəmiyyəti”, Cənubi Koreya vətəndaşı və ona kömək edən Ukraynanın qərbindən olan pastorlar iştirak ediblər.
Cənubi Koreya vətəndaşı artıq qanunsuz miqrasiyanın təşkili və əcnəbilərin saxta qeydiyyata alınmasında təqsirli bilinib. O, 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















