Kriminal
Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...
Məlum olduğu kimi, oktyabrın 23-ü Xətai rayonunda törədilən silahlı insident və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az xəbər verir ki, Baş Prokurorluğun bu gün yaydığı məlumatda qətli törədən 2 nəfərin, yəni “Ceyhun Sabunçu” ləqəbli Cəlal Mirağayevin qətlinin birbaşa iştirakçısı olmuş Elmar Cəfərov və Emin Rəhimovun başqa cinayət əməlinə görə axtarışda olduqları qeyd edilib.
Onların əvvəllər hansı cinayət əməlini törətdiyi və hansı maddələr əsasında axtarışa verildikləri qeyd edilməyib.
Xatırladaq ki, hər iki şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə, digər şəxslər isə başqa maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onların hər biri barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib.
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq





































