Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqladı
Bizi izləyin

Kriminal

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqladı

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqladı

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib, saxlanılan var.

Publika.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Mübahisə zamanı 2010-cu il təvəllüdlü Oktay Rövşən oğlu İsmayılov Xəyal Sərxan oğlu Əliyev tərəfindən bıçaqlanıb.

Xəsarət alan yeniyetmə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən X.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm