Kriminal
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana gətirildi
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Bu barədə Publika.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, 2025-ci ildə Bakı şəhərində birgə yaşadıqları mənzildə həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı İbrahimov Rüstəm Hüseyn oğlunun yeri ÇXR-də müəyyən olunub və o, həbs edilib.
Nazirliyin səlahiyyətli qurum olduğu "Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında" 17.03.2005-ci il tarixli Müqaviləyə əsasən göndərilən sorğudan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində, dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Çinin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
İbrahimov Rüstəm Hüseyn oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Çindən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı







.jpg)







.jpg)





.jpg)


.jpg)













