Kriminal
Gürcüstanda toya gedən azərbaycanlı üç qardaş güllələndi - Video/Təfərrüat
Gürcüstanda toya gedən azərbaycanlı üç qardaş güllələnib. Onlardan ikisi ölüb, digəri sağ qalıb.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Saqareco bələdiyyəsinin Ləmbəli kəndində baş verib.
Elman, Teymur və Ədil Yusubov qardaşlarının öz qonşuları tərəfindən atəşə tutulduğu bildirilir.
Hadisədən sağ çıxan üç qardaşdan biri olan Elman Usubov deyib ki, axşam saat 17:00 radələrində iki qardaşı və sinif yoldaşı ilə birlikdə piyada hərəkət edərkən bir avtomobil dayanıb və onlara atəş açmağa başlayıb.
Onun sözlərinə görə, atəş açılan zaman özü avtomobilin arxasında gizlənib, qardaşlarına isə dəfələrlə hədəf alınaraq atəş açılıb və onlar hadisə yerində öldürülüblər.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, təqsirləndirilən şəxs əvvəllər yaranmış münaqişə zəminində odlu silahdan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. Hər iki şəxs aldıqları xəsarətlərdən ölüb. Qətldə şübhəli bilinən şəxs saxlanılıb. Polis cinayət zamanı istifadə olunan silahı maddi sübut kimi müsadirə edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika6 Noyabr 16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region6 Noyabr 11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya6 Noyabr 10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB6 Noyabr 10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq













.jpg)






















.jpg)
