625 min manatı leqallaşdırmaqda ittiham edilən sahibkarın məhkəməsi başladı
Bizi izləyin

Kriminal

625 min manatı leqallaşdırmaqda ittiham edilən sahibkarın məhkəməsi başladı

625 min manatı leqallaşdırmaqda ittiham edilən sahibkarın məhkəməsi başladı

Azərbaycanda külli miqdarda vəsaiti vergidən yayındırmaqda və yarım milyon manatdan çox vəsaiti leqallaşdırmaqda ittiham edilən sahibkar Rizvan Camalovla bağlı cinayət işi məhkəmə başlayıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra iş məhkəmə baxışına verilib və məhkəmə baxışı noyabrın 24-ə təyin edilib.

Qeyd edək ki, zərərçəkmiş şəxs qismində Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Hüquq İdarəsi tanınıb.

İttihama görə, təqsirləndirilən şəxs istintaqla şəxsiyyətləri müəyyən edilməyən bir qrup şəxslə avtomobil ehtiyat hissələrinin idxalı, alışı və satışı ilə məşğul olarkən dövlət büdcəsinə ödəməli olduğu vergiləri ödəməkdən yayınıb. O, özünün ifşa olunmamasını təmin etmək məqsədi ilə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi qeydiyyatdan keçib.

O həmçinin fəaliyyətsiz saxladığı həmin sahibkarlıq subyekti üzərindən maliyyə əməliyyatları həyata keçirmək üçün 2021-ci ildən fəaliyyətə başlayıb.

Təqsirləndirilən şəxs xaricdən ölkəyə müxtəlif təyinatlı malları gətirərəkən öz gəlirlərini az göstərib, bununla da 625 min manatdan çox vəsaiti leqallaşdırıb.

Rizvan Camalov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213.3-cü (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, mütəşəkkil dəstə halında törədildikdə, xüsusilə külli miqdarda törədildikdə) maddələi ilə ittiham elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm