Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
Bizi izləyin

Kriminal

Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var

Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var

Mingəçevirdə sabiq vəzifəli şəxsin iştirakı ilə restoranda dava baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən restoranlardan birində qeydə alınıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, fəaliyyəti ləğv edilmiş 5 saylı Magistral Yolların İstismarı MMC-nin sabiq rəisi Arif Abbasovun iştirakı ilə münaqişə yaşanıb.

Mübahisə zamanı A.Abbasovun qarşı tərəfə fiziki xəsarət yetirdiyi bildirilir.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə Arif Abbasov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.

Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə A.Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm