Daşınmaz əmlak
Mülkünüz əlinizdən alınarsa...
- Son zamanlar mülkiyyət hüququnun pozulması ilə bağlı şikayətlərin sayında artım var. Vətəndaş hüququnu bilmir, yoxsa qarşı tərəf aldadır?
- Şikayətlərin və narazılığın olması təbii haldır. Amma unutmayaq ki, heç kəs qanunu bilmədiyinə görə məsuliyyətdən azad olunmur. Burda hər iki tərəfin günahından danışmaq olar. Hüquqlarını bilən və onu tələb edən vətəndaşın işləri gec-tez qanuni çərçivədə həll olunur. Amma elə vətəndaş var ki, verilən sözə-vədə etibar edir, öz hüquqlarının pozulmasına şərait yaradır. Bu da bəzən dövlət orqanlarından savadsız və əsassız narazılığa gətirib çıxarır.
Yaxşı olardı ki, belə halların azalması üçün telekanallar vətəndaşları maarifləndirən verilişlər açsın, müvafiq qanunvericiliyi hüquqşünasların köməyi ilə bəsit dildə vətəndaşlara başa salsınlar.
- Evi sökülən vətəndaşlar mülkiyyət hüququna sahib deyilmi? Onların yeni evlə təmin olunması hansı əsasla olmalıdır?
- Əllərində hüquqi sənədi olan vətəndaşın evini heç kəs əsassız şəkildə ondan ala, özününküləşdirə və ya sökə bilməz. Hər hansı dövlət əhəmiyyətli layihənin hazırlanması üçün ev və ya obyekt (hüquqi sənədi olan) sökülürsə, həmin vaxt vətəndaşın razılığı alınmalıdır. Bu halda onu razı salacaq şəkildə başqa ünvana köçürmək olar. Yaxud qanuna uyğun səkildə ona kompensasiya ödənməlidir.
- Mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilərmi?
- Bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş bəndlər əsasında ola bilər. 169-cu maddədə mülkiyyət hüququnun məhdudlaşdırılmasının ümumi müddəaları öz əksini tapıb. Bəzilərini təqdim edirəm:
• 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.
• 169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın.
• 169.4. Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər.
- Mülkiyyətin hansı formaları mövcuddur?
- Azərbaycan Konstitusiyasının 13-cü maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Eyni maddənin 3-cü bəndinə görə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
- Mülkiyyət hüququna nə vaxt xitam verilə bilər?
- Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan mülkiyyət hüququna xitam verilə bilməz. Mülki Məcəllənin 210-cu maddəsinə görə, mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticəsi belə ola bilər:
Mülkiyyət hüququna xitam verən məhkəmə qətnaməsi qəbul edildikdə, bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənməsinə dair mübahisələri məhkəmə həll edir.
Layihənin rəhbəri: Lalə Mehralı
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO