Daşınmaz əmlak
Evlər bahalaşır: Bakıda ən ucuz mənzil bu rayondadır
Fevral ayında təkrar mənzil bazarında satışa təklif edilən yaşayış evlərinin hesablanmış orta təklif qiyməti faktiki olaraq dəyişməz qalıb.
Publika.az “MBA Ltd” Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimova istinadən xəbər verir ki, aylıq orta qiymət göstəricisi dollarla ifadədə 1009 dollar/кv.m-dən 1.0 % artaraq 1019 dollar/кv.m, milli valyuta ilə isə ay ərzində 1604 manat/кv.m-dən 1620 manat/кv.m bəndinə qədər yüksəlib. Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1000 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 79.4%-ni təşkil edir. Qeydə alınan orta bazar qiyməti 889 dollar/kv.m-dir.
Ümumi təklif portfelinin 14.5%-i 1200-1600 dollar/kv.m qiymət diapazonu arasındakı mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1345 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni, hər kvadrat metrinin qiyməti 1600 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 6.1% təşkil edir. Bahalı mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 1954 dollar/kv.m olub.
N.İbrahimov onu da bildirdi ki, 2016-cı ilin fevral ayında mənzil satıcılarının sayında ötən aya nisbətən canlanma müşahidə edilib. Bu da öz növbəsində təklif portfelinin artmasına gətirib çıxarıb. Ümumilikdə təkrar mənzil bazarında təklif həcmi 53% artıb: “Son yanvar ayında ümumi təkliflərin sayı 955 olduğu halda, bu rəqəm fevral ayında 1458 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 27% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar yaşayış mənzillərinin maksimal həcmi 2015-ci ilin fevral ayında qeydə alınıb. Ekspozisiya müddəti fevral ayında ortalama 180 gün təşkil edib. Bu da öz növbəsində ötən yanvar ayından 4% aşağı göstəricidir. Ekspozisiya müddətinin nisbətən aşağı düşməsinə səbəb kimi, təkrar mənzil bazarında aktivliyin artmasını göstərmək olar. Alıcıların sayında son ayda artım olduğundan, təkrar mənzil bazarının aktivliyi ötən aya nisbətən 8% artıb.
Bazara satış məqsədi ilə təklif edilən təkrar mənzillərin ümumi sahəsi fevral ayında 73 000 kv.m təşkil edib. Təklif portfelində iki və üçotaqlı mənzillərin ümumi sahələri daha çox üstünlüyə malik olub: müvafiq olaraq 20 700 kv.m və 26 600 kv.m.
Təkrar mənzil bazarında təklif edilən mənzillərin otaq strukturuna gəldikdə, əvvəllər də olduğu kimi, ümumi təklif payında daha çox iki və üç otaqlı mənzillər üstünlük təşkil edir. Fevral ayında onların ümumi birgə payı 65.7% təşkil edib. Layihələr üzrə mənzillərin vəziyyətinə gəldikdə isə, aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı əvvəlki aylarda olduğu kimi, bu ayda mütləq çoxluq müvafiq olaraq 10.0%, 15.5%, 11.2% və 37.4% təşkil edib.
Ötən aylarda olduğu kimi, bu ay da təklif edilən mənzillərin əksər hissəsi Binəqədi, Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb. Onların ümumi payı 63.9%-ə bərabər olub. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Suraxanı rayonlarıdır.
Ötən ay ərzində təkrar mənzil bazarında orta təklif qiyməti bir və dörd otaqlı mənzillərdə müvafiq olaraq 5% və 3% azalıb.
Üçotaqlı mənzillərin qiyməti dəyişməz olaraq qalıb, çoxotaqlı mənzillərin qiymətində isə 6% artım müşahidə edilib. Təkrar mənzil bazarındakı birotaqlı mənzillərin orta təklif qiyməti 36 800, ikiotaqlı mənzillərin orta təklif qiyməti 74 200, üçotaqlı mənzillərin orta təklif qiyməti isə 97 300 dollar olub. Ötən ayda layihələr üzrə qiymət azalması daha çox “stalinka” və “minsk” layihələrində qeydə alınıb, müvafiq olaraq 8.0% və 6.8%. Layihələr üzrə qiymət artımı isə “italyan” və yeni tikili layihəli mənzillərdə hiss edilib 9.0% və 7.5%”.
Ekspertin sözlərindən məlum olub ki, bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1019 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 58.9 faizə malikdir: “Mənzillərin orta sahəsi 77.41 kv.m, orta otaq göstəricisi isə 2.37 təşkil edir. Hər otağın orta satış qiyməti 34 716 dollar, mənzilin orta qiyməti isə 82 300 dollar təşkil edib.
Ay ərzində rаyоnlаr üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş vеrib. Ötən fevral ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Nəsimi, Yasamal və Nərimanov rayonları olub. Təkrar mənzil bazarında qiymət indeksi yanvar ayı ilə müqayisədə bu ay 0.05 bənd azalaraq 4.53 bəndində qərarlaşıb. Təkrar yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “yeni tikili” layihəli 4 otaqlıda qeydə alınıb. “Aviakassa” adlanan ərazidə yerləşən, 216 kv.m sahəyə malik, yaxşı təmirli mənzilin kvadratmetrinin satışa təklif olunan qiyməti 2900 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən, zəif təmirli, 54 kv.m-lik sahəyə malik “alman” layihəli, 2 otaqlı mənzildə qeydə alınıb- 420 dollar/kv.m.
İqtisadiyyat şöbəsi
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı