Daşınmaz əmlak
Yeni tikililərdə qaydalar necə dəyişib - AÇIQLAMA
Nazirlər Kabineti “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edilib.
Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Əliyev bildirib ki, dəyişikliyə əsasən əgər siz ƏDV ödəyicisi olan bina tikintisi ilə məşğul olan şəxsdən yaşayış və qeyri-yaşayış sahəsi alsanız, həmin məbləğin ƏDV-siz hissəsini ayrıca satıcının hesabına, ƏDV məbləğini isə həmin satıcının ƏDV depozit hesabına ödəyəcəksiniz: “Məsələn, əgər vətəndaş 118000 (100000 manat + 18%, yəni 18000 manat) manata mənzil alıbsa onun 100000 manatını satıcının hesabına, 18000 manatını isə ƏDV depozit hesabına ödəməli olacaq. ƏDV-nin ödənildiyi depozit hesabının rekvizitləri (yəni pulun ödənildiyi hesab) alıcıya təqdim olunan vergi hesab-fakturasında, qəbzdə və ya çekdə göstərilməlidir və əmlak satan şirkət bunu təmin etməlidir.Hazırki qaydalar sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan əmlaklara şamil edilmir. Həmin əmlaklar üzrə hesablaşma qaydaları əvvəlki qaydada həyata keçiriləcək”.
İqtisadçı ekspert daşınmaz əmlak bazarında vəziyyətə də toxunub. Bildirib ki, son bir il yarımda müəyyən dövrlərdə banklardakı əmanətlərin həcmi ilə daşınmaz əmlak bazarındakı aktivlik arasında birbaşa əlaqə olub. Bu tendensiya özünü ən qabarıq formada bu ilin fevral ayında göstərdi. Əmanətlərdə olan vəsaitlərin bir hissəsinin əmlak bazarına yönəlməsi heç bir iqtisadi əsas olmadan bazarda müəyyən aktivləşmə yaradıb: “2016-cı ilin yanvar ayında fiziki şəxslərin banklardakı əmanətləri 830,6 milyon manat, fevral ayında 566 milyon manat, mart ayında isə 188,4 milyon manat azalıb. Sözsüz ki, bu vəsaitlərin bir hissəsi əmlak bazarına axıb, ancaq təqribi rəqəm söyləmək çətindir. Çox güman ki, ilin ilk 3 ayındakı milyard yarımlıq pul axınının orta hesabla 20%-i əmlak bazarına gedib, bu isə kifayət qədər ciddi rəqəmdir. Əmlak bazarına axan pulun həcminin daha çox olmasını istisna etmirik.
Çünki, əllərdə də kifayət qədər pullar da olub. Gələn aylarda əmanətlərin azalması tempi düşəcək və ya tamamilə dayanacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, bank sektorunda vəziyyətin müsbətə doğru dəyişməsi bank depozitlərinin cəlbediciliyini dahada artıracaq. Manatın sabitliyi isə manat depozitlərindən əlavə digər manat aktivlərinində cəlbediciliyini artırır. Bu isə deməkdir ki, yaxın aylarda əmlak bazarı özünün vacib pul mənbəsindən məhrum olacaq və onu əvəz edə biləcək hər hansısa mənbə hələki gözə dəymir”.
İqtisadiyyat şöbəsi
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 23 Avqust 21:48İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin MENYUSU
























.jpg)











