Dəb
Kişilər üçün yayın şalvar dəbi - FOTOLAR
Yəqin ki, elə bir kişi tapılmaz ki, onun qarderobunda heç olmasa bir ədəd də olsa, cins olmasın. Hətta dünya liderləri də qeyri-rəsmi görüşlərdə cins şalvara üstünlük verirlər. Cins şalvarlar ofis işçilərinin belə dress-kod qaydalarına daxil ola bilib. Bunu bilən modelyerlər və dizaynerlər yay mövsümü üçün olduqca geniş cins çeşidləri təklif edirlər. Bəs bu yay kişi qarderobunda cinslərdən başqa, nə cür şalvarlar dəbdədir?
Yamaq dekorlar
Cins şalvara əlavə olunmuş müxtəlif dekorativ yamaqlar və elementlər, süni materiallar əsas trendlərdən biridir. Bundan başqa, dizlərinə müxtəlif dəri və digər materiallar tikilmiş cinslər də aktualdır. Fotolarda “Philipp Plein”, “Makkuin”, “Paul & Joe” kimi moda evlərinin yay kolleksiyaları verilib.
Qısaldılmış və ya balağı qatlanmış cins şalvarlar
Mövsümün növbəti dəb tendensiyasına qısaldılmış və ya balağı qatlanmış şalvarlar daxildir. “Dsquared” və “Balmain” kimi moda evləri bu dəb tendensiyasını əsas götürülüb.
Rəng çeşidi
2015 bahar-yay mövsümünün kişi geyim kolleksiyalarına əhvalı qaldıran rənglər daxil edilib. Buraya klassik qara və bozla birlikdə, ağ, narıncı, hətta qırmızı rənglər aiddir.
Cəlbedici printlər
Yeri gəlmişkən, əgər çox orijinal zövqə maliksinizsə, onda sizin üçün cəlbedici printli şalvarlar lap yerinə düşəcək. Müxtəlif abstrakt və şriftlər daha aktualdır. Lakin zolaqlı versiyaları da trenddir.
Materiallar
Sonda isə materiallar haqqında danışmaq istərdik. Yay mövsümündə şalvar seçəndə materialın sərin saxlamasına fikir verin. Ən populyar kişi şalvarları nazik cinslərdir. Klassik cinslərlə yanaşı, həm də pambıq və kətan parçalar yay üçün ən rahat materiallardır.
Aytən
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb