Dəb
Kim deyir ki, payızda ətək geyinmək olmaz? – FOTOLAR
Havalar soyuduqca, geyimlərimiz ya qalınlaşır, ya da üst-üstə geyinilən paltarların sayı artır.
Publika.az-ın dəb bölməsi tez-tez dəyişən payız havasına uyğun paltarları qat-qat, lakin düzgün şəkildə dəstləşdirməyin yollarını izah edib.
Uzun ətək və uzun sviter dəbi
Havalar soyuyan kimi xanımların əksəriyyəti yubkalarını qatlayıb şkafın bir küncünə yerləşdirir. Soyuq havadan qorxan xanımlar qış alış-verişində də yubkalara yer vermir. Cins və qalın şalvarlar soyuqdan qorunmaq üçün, əlbəttə ki, ən yaxşı üsuldur. Lakin heç bir bahalı şalvar qadını yubkalar qədər gözəl göstərə bilməz. Ona görə də xanımlara yubkanı ancaq yay qarderobuna aid etməməyi, qışda da bu qəşəng geyimdən istifadə etməyi məsləhət görürük. Qoy, Bakı küləyi sizin geyim seçiminizə təsir etməsin...
Tanınmış geyim markalarının kolleksiyalarında da tez-tez gördüyümüz uzun ətəklə sviter dəbi gündəlik obraz üçün ideal seçimdir. Səbəbi isə çox rahat, əlverişli və çox modern görünməsidir. İndi istər midi, istər maksi, istərsə də, mini yubkaları uzun sviterlə birləşdirmək dəbdədir.
İdman üslubunda zəriflik: Uzun qara ətəkləri universal olduğu üçün hər hansı rənglə uyğunlaşdırmaq olar. Xüsusən, qaranı qırmızı ilə birləşdirdikdə diqqətdən kənarda qalmaq mümkün deyil. Obrazı tamamlamaq üçün qırmızı-ağ şərf taxmaq yerinə düşər.
Ətəklə ideal payız obrazı: Ətəklə ideal payız obrazı yaratmaq istəyirsinizsə, biz sizə bir neçə dəb tendensiyasından istifadə etməyi tövsiyə edirik. Məsələn, uzun qara ətək üstü yazılı sviterlə, qısaboğaz çəkmə və torba çanta ilə əla uzlaşır.
Eleqant stil: Trikotaj donlar bir qayda olaraq hər il - payız və qış aylarında dəbə minir. Dizaynerlər son illərdə trikotaj parçaları daha orijinal şəkildə təqdim edirlər. Onu da qeyd edək ki, indi trikotaj parçadan tikilən donlarla axşam dəvətlərinə getmək ayıb sayılmır. Əskinə bu sizin dəb tendensiyalarına biganə qalmadığınızı göstərir. Xüsusən də, krujeva və gipür detalları ilə işlənmiş trikotaj geyimlər istənilən xanımın qəlbinə və qarderobuna yol tapacaq. Bu cür geyimləri klassik aksessuarlar müşayiət etdikdə dəst daha qəşəng görünəcək.
Uzun ətək və uzun jaket: Uzun jaketlər artıq ilin trendinə çevrilib. Uzun ətəklə, uzun jaketlərin duetinə stil ikonalarında tez-tez rast gəlinir. Darıxdırıcı görünməmək üçün dəstə mütləq şərf əlavə edin. Obrazı tamamlayan çanta və ayaqqabıları isə diqqət çəkən rənglərdə seçin.
Maraqlı kombinlər fikirləşməyə vaxtınız yoxdursa və ya qarderob başında saatlarla dayanmaq istəmirsinizsə, bizim seçdiyimiz fotolara nəzər salın. Bu fotolar sizi ilhamlandıraraq öz üslubunuzu tapmağa kömək edəcək.
Aytən
-
Sağlamlıq21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Nida Xəbər 20:04Abbas Əraqçi Bakıya gəldi - FOTO/YENİLƏNDİ
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü



































.jpg)



