Dəb
Soyuq havada da dəbli görünmək mümkündür – FOTOLAR
Qadınların çoxu qışda dəbli görünməkdə çətinlik çəkir. Çünki bilmirik zövqlü geyinək, yoxsa özümüzü soyuqdan qoruyaq. Ancaq narahatçılığa ehtiyac yoxdur.
Publika.az-ın dəb bölməsi sizə qışda düzgün geyinməyin yollarını izah edib.
Qalın corabla ətək kombini
Soyuq havadan qorxub ətəkdən vaz keçməyin. Qışda soyuqdan donmamaq üçün az qala ətəkləri gizlədirsiniz, elə deyilmi? Halbuki, soyuqdan donmamaq üçün ətəkləri qarderobdan yığışdırmağa gərək yoxdur. Məktəb vaxtı geyindiyiniz qalın corabları xatırlayırsınızmı? Bəli, həmin corablar hazırda çox dəbdədir. Dizə qədər uzanan çəkməni yun ətəklə kombin edib dəbli qış obrazı yaradın.
Dar şalvarla bol sviter
Bədən quruluşunu mükəmməl göstərən dəstlə tanış olmaq istəyirsinizsə, dar şalvarı bol sviterlə birləşdirin. Qadınların çoxunun ayaqları qalın olsa da, bol sviter bu qüsurları vizual olaraq örtür. Bir də ayaqları isti saxlayan uqqilər bu kombini tamamlamaq üçün ideal variantdır.
Uzun əlcəklər
Fərqli üslubları bir-biri ilə qarışdırmaqdan çəkinməyin. Qışda küçəyə çıxanda uzun əlcəkləri unutmaq böyük qəbahətdir. Dəri əlcəklər də qışın əvəzedilməz aksessuarıdır. Ekzotik və zamşa dərilər də öz dəbini qoruyub saxlayır. Xəz şərflər də həmişəki kimi aktualıdır.
Yun çantalar
Toxunma, yun çantalar son zamanlarda çox dəbdədir. Yun şərf, papaq və əlcəklərlə uyğun olan toxuma çantalardan siz də alın.
Aytən
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?