Digər
Suriyanın Şərqi Qutadan sonrakı HƏDƏFİ bəlli oldu - Qərbin kimyəvi silah təxribatları orduya əngəl olacaqmı?
Suriyada Şərqi Qutanın terrorçu qüvvələrdən azad edilməsi əməliyyatlarında son mərhələyə gəlinib.
Publika.az xəbər verir ki, artıq Suriya ordusunun hədəfləri yeni istiqamətlərə yönəlir.
Belə ki, ordu Şərqi Qutanın böyük bir qismini nəzarəti altına aldıqdan sonra İdlibə hücuma keçəcək.
“Sputnik” saytının yazarı Andrey Kots mövzunu şərh edərkən bildirib ki, İdlib strateji baxımdan olduqca önəmli yerdir: “Suriyanın ən problemli bölgələrindən biri İdlibdir. Əl-Nüsra təşkilatının əsas qüvvələri burada toplaşır. Təşkilatın burada, təxminən, 20 000 üzvü var. Ancaq burada digər qanundankənar qruplar da fəaliyyət göstərir. Suriya hökuməti Hələbdə təslim olan terrorçuları İdlibə göndərirdi. Bu bölgənin ən qısa zamanda yeni qarşıdurma məkanına çevriləcəyi gün kimi aydındır. Rusiya Hava Qüvvələrinin təsirini artırması da bunu təsdiq edir”.
Suriya ordusunun Şərqi Qutadan sonra İdlibə keçəcəyinin ikinci sübutu isə Suriyanın BMT-dəki daimi təmsilçisi Bəşər Cəfərinin cihadçıların bölgədə kimyəvi silahlarla təxribata hazırlaşdığını açıqlamasıdır. Cəfəri çıxışında təxribatların xarici mütəxəssislər tərəfindən hazırlandığını xüsusi vurğulamışdı.
Andrey Kots bildirib ki, Qərb ölkələri Suriya hökumətinə təzyiqi haqlı göstərmək üçün dəfələrlə kimyəvi təxribatlardan yararlanıb: “Suriya ordusunun uğurları artdıqca qərbli siyasətçilər Əsəd rejiminin kimyəvi silahdan istifadə təhdidi ilə bağlı çıxışları da artır. Tam bir il öncə ABŞ eyni bəhanə ilə Suriyanın Şayrat hava bazasına hücum etmişdi. Ancaq Suriya ordusunun kimyəvi silahdan istifadə etməsinə dair heç bir dəlil tapılmır”.
Zümrüd
-
MDB21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi