Dünya
Bu da BRICS-in YENİ LOQOSU - Braziliya dünyaya hansı mesajı verir?
Braziliya ölkənin BRICS-ə sədrliyi çərçivəsində istifadə olunacaq loqotipi təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə məlumat Braziliya hökumətinin saytında dərc olunub .
Bu Amazon tropik meşələrində bitən sumauma pambıq ağacı olacaq.
Loqo mavi fonda çoxrəngli ağacdır. Braziliya bayrağının rənglərinə əsaslanan ağacın rəng sxeminə qırmızı, yaşıl, mavi, sarı və narıncı daxildir.
Bəyanat təbiətdə hündürlüyü 60 metrə, eni isə iki metrə çata bilən pambıq ağacının xüsusiyyətlərini təsvir edir.
Qeyd olunub ki, loqo “diplomatiyanın əzəmətini” nümayiş etdirmək və BRICS-in sosial-iqtisadi və siyasi əzəmətini çatdırmaq məqsədi daşıyır.

BRICS beş ölkədən ibarət beynəlxalq qrupdur: Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası. 2024-cü ildə Misir, İran, BƏƏ və Efiopiya BRICS-ə qoşulub . 2025-ci il yanvarın 1-dən icmaya sədrlik Braziliyaya keçəcək.
Hüseyn İbadlı
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI


































