İsrail ordusu ilə toqquşmalarda ölən fələstinlilərin sayı artdı (YENİLƏNDİ)
Bizi izləyin

Digər

İsrail ordusu ilə toqquşmalarda ölən fələstinlilərin sayı artdı (YENİLƏNDİ)

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmada ölən və yaralanan fələstinlilərin sayı artıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İsrail ordusunun güllələri və tətbiq etdiyi qaz nəticəsində 5 fələstinli həlak olub, 900-dən çox insan xəsarət alıb.

***

Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli nəfər ölüb, 350-si müxtəlif dərəcəli xəsarət alıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İsrail ordusunun açdığı atəş nəticəsində 3 fələstinli ölüb, 117-si güllə yarası almaqla, 350 fələstinli yaralanıb.

Qeyd edək ki, keçən həftənin cümə günü fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm