Digər
Koreya liderləri ikinci dəfə görüşdü: bu dəfə Kimin torpaqlarında - FOTO
Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya
prezidenti Mun Çje İn yenidən görüşüb.
Publika.az xəbər verir ki, liderlər yenə də sərhəddəki
Panmunjon kəndində bir araya gəliblər. Lakin görüş bu dəfə sərhədin
şimal hissəsində, yəni Kim Çen Inın rəhbərlik etdiyi ərazidə baş
tutub.
İki saatlıq zirvədə liderlərin Şimali Koreya və ABŞ arasında
görüşün keçirilməsi müzakirə olunub.
ABŞ prezidenti Donald Trampla Kim Çen Inın görüşünün iyunun 12-də
Sinqapurda keçirilməsi planlaşdırılırdı. Lakin Tramp bu görüşü ləğv
etdi, bir gün sonra isə görüşün planlaşdırılması yenidən
başladı.
Qeyd edək ki, Şimali və Cənubi Koreya liderləri bundan əvvəl
Panmunjon kəndinin cənub hissəsində görüşmüşdü. İlk dəfə
gerçəkləşən həmin görüşdə hər iki lider “Koreya yarımadasında
bundan sonra müharibənin olmayacağını” bəyan etmişdilər.
İkinci dəfə gerçəkləşən görüşdə də liderlərin səmimi münasibəti
diqqət çəkib.
Asif
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO