Kəndə silahlı hücum: 15 nəfər öldürüldü
Bizi izləyin

Digər

Kəndə silahlı hücum: 15 nəfər öldürüldü

Bir qrup silahlı şəxs Nigeriyanın Zamfara ştatında kəndin sakinlərinə hücum edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, silahlılar ilk öncə Zakuna kəndinə hücum edərək inəkləri oğurlayıblar. Bir qrup yerli sakin hücum edənlərə qarşı müqavimət göstərib və onlar qaçıb. Lakin daha sonra yenidən hücum edərək 15 nəfəri qətlə yetiriblər.

Hazırda kənddə gücləndirilmiş mühafizə yerləşdirilib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm