İŞİD-in əsas bazası məhv edildi – 150 ölü
Bizi izləyin

Digər

İŞİD-in əsas bazası məhv edildi – 150 ölü

Xarici qoşunların dəstəyi ilə Əfqanıstanın təhlükəsizlik gücləri İŞİD terror qruplaşmasının ölkə ərazisindəki əsas dayaq məntəqəsini məhv ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Tolo News” telekanalı bildirib.

İŞİD-in dayaq məntəqəsi Nanqarhar əyalətinin Haska Mina bölgəsinin Qorqori kəndində yerləşirdi. Əfqan hərbçilərinin məlumatına görə, əməliyyat 10 gün əvvəl başlanmışdı. Əməliyyatda iştirak edən xarici güclər bazaya aviaazərbələr endiriblər.

İndiyə kimi İŞİD-in 150 döyüşçüsü məhv edilib. Terrorçular paytaxt Kabil və ölkənin başqa şəhərlərində terror aktları həyata keçirməyi planlaşdırdılar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm