• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

ABŞ kəşfiyyatı elə şey aşkarladı ki… - Müharibəyə səbəb olacaq İDDİA

  • Digər
  • 31 İyul 2018 06:07
  • 2 186 Baxış
ABŞ kəşfiyyatı elə şey aşkarladı ki… - Müharibəyə səbəb olacaq İDDİA

ABŞ-ın kəşfiyyat xidmətləri Koreya Xalq Demokratik Respublikasında (KXDR) yeni raketlərin istehsal olunmasının əlamətlərini aşkar ediblər.

Publika.az xəbər verir ki, bu haqda Amerikanın kəşfiyyat mənbələrinə istinadən “The Washington Post” qəzeti bildirib.

Nəşr iddia edir ki, söhbət Pxenyan yaxınlığında yerləşən istehsal kompleksində iki yeni maye qitələrarası ballistik raketinin hazırlanmasından gedə bilər. Nəşrin məlumatına görə, müvafiq nəticələr peyk şəkillərinə də istinad etməklə, son bir neçə həftədə çıxarılıb.

Daha əvvəl - iyulun əvvəlində peyk təsvirlərinin tədqiqatlarının nəticələrinə istinadən “Wall Street Journal” nəşri iddia edib ki, KXDR ballistik raketlərinin istehsalı üzrə müəssisənin genişləndirilməsi prosesini başa çatdırır.

“Planet Labs Inc” şirkətinin təsvirləri Kaliforniyadakı Middlberi beynəlxalq tədqiqatlar İnstitutunun mütəxəssisləri tərəfindən təhlil edilib. Söhbət Şimali Koreyanın Xamxın şəhəri ərazisində yerləşən obyektdən gedir. Nəşrin məlumatına görə, bu zavodda ballistik raketlər edilir və demək olar ki, hazırlıqsız bu raketlərlə ABŞ-ın Asiyadakı hərbi obyektlərinə zərbə vurmaq olar. Həmçinin, Pxenyan ən böyük mənzilli raketlərinə yerləşdiriləcək döyüş başlıqları isə ABŞ-ın kontinental hissəsini vura bilər.

Nəşr iddia edir ki, obyektin genişləndirilməsi Pxenyanın ballistik raketlərin istehsalı üzrə proqramı davam etdirməsini göstərir. Halbuki, ABŞ Şimali Koreyanın bu proqramdan imtina etməsinə çalışır.

“Koreya Xalq Demokratik Respublikasının qatı yanacaqlı raketlərin istehsalı infrastrukturunu genişləndirməsi, ehtimal ki, Şimali Koreya lideri Kim Çen Inın nüvə və raket proqramlarından imtina etməyi planlaşdırmadığını göstərir”, - nəşr Kaliforniya institutunun tədqiqatçılarından biri olan Devid Şmerleradan sitat gətirib.

Peykdən çəkilən şəkillər göstərir ki, zavodun xarici hissəsində aparılan iş ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın iyunun 12-də Sinqapurda keçirdiyi görüşün tarixi ilə təxminən üst-üstə düşüb.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.

Amerika hakimiyyətinin qiymətləndirmələrinə görə, Şimali Koreya nüvə və raket hazırlanması ilə məşğul olan təxminən 3000 obyektə sahibdir.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR