Mursinin 39 tərəfdarı ömürlük həbsə məhkum edildi
Bizi izləyin

Digər

Mursinin 39 tərəfdarı ömürlük həbsə məhkum edildi

Misirin Asyut əyalətinin məhkəməsi “Müsəlman Qardaşları” hərəkatının 39 üzvünü ömürlük azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu haqda “Youm7” portal bildirib.

Hərəkatın üzvləri 2013-cü ildə Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasından sonra aksiyalarda iştirakda və zorakılığa çağırışlar ittiham olunublar. Daha 30 müqəssir isə 3 ildən 11 ilə qədər həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, hazırda “Müsəlman Qardaşları” hərəkatının praktik olaraq bütün ali rəhbərliyi həbsdədir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm